EN

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib.
 
Moderator.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib.
 
Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasını dəyişib.
 
Xatırladaq ki, Qəmbərli Məmmədhəsən Qəni oğlu 1935-ci ildə Ərdəbildə anadan olub. Alim AMEA-nın Nizami adına Ədəbiyyatı İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb.
 
M.Qəmbərli 1963-cü ildən etibarən AMEA-da - əvvəlcə Şərqşünaslıq İnstitutunda, daha sonra Ədəbiyyat İnstitutunda elmi fəaliyyətlə məşğul olub. 10-dan çox kitabın, 100-dən çox məqalənin müəllifidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
15
moderator.az

10Sources