EN

Mediasiya Şurasının üzvü olan qadınların sayı açıqlanıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Hazırda Mediasiya Şurasında 367 üzv fəaliyyət göstərir. Həmin üzvlərin 95-i qadındır.

AZƏRTAC xəbər verir ki, bunu Mediasiya Şurasının İdarə Heyətinin üzvü Əli Nəbiyev "Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi Qrupunun iclasında deyib.

O bildirib ki, xüsusilə də qadınlar Mediasiya Şurasının tərkibində formalaşmış rəhbər həyətlərdə də təmsil olunurlar.

"Eyni zamanda, İdarə Heyətinin üzvləri arasında da qadın təmsilçi var. Bundan əlavə, mediasiya təşkilatlarının bir çoxunun da rəhbəri qadındır. Həmçinin, Mediasiya Şurasının tərkibində olan komissiyaların və komitələrin üzvlüyündə də qadınlar təmsil olunmaqdadır", - deyə Ə. Nəbiyev vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
1
azertag.az

2Sources