EN

İçdi, şəhərdə lüt gəzdi, döyüldü: Subaylığın son gecəsi yadında belə qalacaq - VİDEO

Subaylar məclisində sərxoş vəziyyətə düşən avstraliyalı turist Avropa şəhərlərinin birində küçədə çılpaq gəzdiyi üçün yerli sakinlər tərəfindən döyülüb.


Ona edilən hücum "Corriere della Sera" tərəfindən lentə alınıb və yayımlanıb.


Hadisənin İtaliyanın Nardo kommunasında baş verdiyi bildirilir. Sentyabrın 13-də axşam həmin şəxs subaylığın son gecəsi məclisini qeyd edib və bu gecədə soyunub şəhəri piyada gəzmək qərarına gəlib. Yoldan keçənlər əcnəbinin fotolarını çəkməyə başlayıblar. Az keçməyib ki, onun bu hərəkət qarışıqlığa səbəb olub və gənclərdən ibarət böyük bir izdiham tərəfindən döyülüb.


Kadrlarda qəzəbli yerli əhalinin çılpaq avstraliyalını kötəklədiyi və təpiklədiyi görünür. Zərərçəkən xəstəxanaya aparılıb. Vəziyyət ictimaiyyətin qəzəbinə səbəb olub - italyanlar hüquq-mühafizə orqanlarının əməkdaşlarından şəhərdə asayişə daha diqqətlə nəzarət etməyi tələb ediblər.

/publika.az

Chosen
148
1
referans.az

10Sources