EN

“Kimi onunla vursan, iki yerə bölünər” - Kərim efirə çıxdı

Müğənni Kərim Abasov toyda döyülməsi hadisəsindən sonra ilk dəfə efirə çıxıb.

OLAY yazır ki, sənətçi başına gələn xoşagəlməz olay haqda qonaq olduğu “Elgizlə izlə” verilişində danışıb.

Abasov bildirib ki, ona hücum edən şəxslər ev yiyələri deyil, toyda qonaq qismində iştirak edən iki şəxs olub: 

“Toyun içində problem olmayıb. Məclis yaxşı keçib. Ev yiyəsi tərəfindən olan qonaqlardan biri rus dilində mahnı sifariş etdi. O mahnını isə canlı musiqiçilərlə oxumaq mümkün deyildi. Digər bir 50 yaşlı qonaq içkili halda mənə yaxınlaşıb həmin mahnını oxumaq istəyirdi. Əlimdən mikrofonu almağa cəhd göstərdi. Mən də ona söylədim ki, bu mənim şəxsi mikrofonumdu, verə bilmərəm. Həm də ona söylədim ki, bu canlı deyil, fonoqramdır. Gördüm ki, sözlərimə məhəl qoymur, içkilidir. Xahiş etdim ki, ona mikrofon versinlər. Ona başqa mikrofon verdilər, o da oxudu və uzaqlaşdı. Mənim idarə etdiyim məclislər saat 18:00-dan 00:00-a kimi olur. Ondan sonraya keçmir. Yazıblar ki, məni ev yiyələri döyüb. Xeyr, onlar kübar və hörmətli bir ailədirlər. Üstümə hücüm çəkən şəxslər toya gələn qonaqlar olub. Yəni, həmin 50 yaşlı bəy və onun əmisi oğlu kimi təqdim etdiyi şəxs. Toy bitdi mən də avtomobilimə sarı getdim. Hava limanına getməli idim. Oradan da Moskvaya uçmalı idim. Restoranın qapısından çıxanda həmin şəxsləri gördüm. Mən də tək deyildim, yanımda menecerim var idi. Onlar bizi qapıda saxladılar. Mənə rus dilində sual verdi ki, niyə mahnını rus dilində oxudun? Cavab verdim ki, qardaşım, belə alındı. Çünki musiqiçilər bu mahnını bilmirlər. Bu səbəbdən məcbur idim fonoqramla oxumağa. Onun yanında olan digər şəxs dedi ki, sən niyə bizimlə belə “borzu-borzu” danışırsan? Mən onlara sakit cavab verdim ki, sizinlə normal danışıram və belə alındı ki, fonoqramla oxudum. Dedim və yoluma davam etdim. Həmin şəxs arxadan məni ucadan söyüşlərlə təhqir etməyə başladı. Restoranın həyətində çox sayda insan var idi. Onlar da eşitdilər. Menecerim həmin şəxsə əsəbi halda yaxınlaşıb dedi ki, bu sözləri kimə söyləyirsən? O da dedi ki, sənə deyil, Kərimə deyirəm. Mən də dedim ki, o söyüşlər sənə aiddir. Bunu eşidəndən sonra ikimiz arasında dava başladı. Qırmızı xalının ətrafında dəmir boru olur. Onu əlinə alıb, üstümə gəlməyə başladı. Musiqiçim bu anda həmin borunu onun əlindən aldı. Amma o sakitləşməyib digər borunu alıb üzərimə gəldi. O da o qədər ağırdır ki, kimi onunla vursan, yerində iki yerə bölünər. Mən həmin an qaçdım ki, mənə dəyməsin. Yaxşı ki, yanımda dostlarım vardı. Əgər tək olsaydım yəqin ki, efirdə mənə fatihə oxuyacaqdınız. İçirsən iç, amma üstümə niyə hücüm çəkirsən? Davamız bitəndən sonra ev yiyələri evimizə dəfələrlə gəlib olanlarla bağlı üzrxahlıq ediblər. Mən 25 ildir ki, məclislər aparıram 20 ildir peşəkar səhnədəyəm. Həyatım boyu başına belə bir hadisə gəlməyib. Bizim ayırdılar. Təcili yardım və polis gəldi. Polisə köməkçim zəng etdi. Onlarda həmin an bş verən hadisə yerinə gəldilər”.

Qeyd edək ki, hadisədən sonra Kərim Abasovun sol əlin orta barmağı sınıb.

 

Chosen
34
15
turanpress.com

10Sources