EN

MAQATE rəhbəri Rafael Qrossi İrana səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi yaxın vaxtlarda İrana səfər etmək niyyətindədir və burada siyasi və texniki danışıqlar aparmağı planlaşdırır.

Editor.az xəbər verir ki, bu barədə , Qrossi X sosial şəbəkəsində özü yazıb. İyun ayında MAQATE-nin Rəhbərlər Şurası Böyük Britaniya, Fransa və Almaniyanın təklif etdiyi qətnaməni qəbul edib və bu qətnamədə Tehranı MAQATE ilə qeyri-kafi əməkdaşlığa görə tənqid edib.

Qrossi daha əvvəl demişdi ki, İran öz obyektlərində uran izlərinin mənşəyini izah etməyib və MAQATE İranın nüvə proqramının sırf dinc xarakter daşıdığını əminliklə deyə bilməz.

Xatırladaq ki, İranın Atom Enerjisi Təşkilatı (AEOI) Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarə Heyətində İngiltərə, Fransa və Almaniyanın İrana qarşı düşmənçilik hərəkətlərinə cavab olaraq iyun ayında Natanz və Fordo nüvə obyektlərində bir sıra ciddi tədbirlər göməklə, Qərb ölkələrinin faydasız tədbirlərdən çəkinməli və keçmiş təcrübələrindən dərs almalı olduğu barədə xəbərdarlıq ediblər.

//Samir Qurbanov, Editor.az

Chosen
17
editor.az

1Sources