EN

Rusiyaya qarşı müharibədə tərəflər nə qədər itki verib: Şok rəqəmlər!

Rusiya-Ukrayna müharibəsinin üçüncü ilində ümumi itkilər 1 milyon nəfərə çatıb.

Editor.az bildirir ki, bu məlumatı sentyabrın 17-də “The Wall Street Journal” mənbələrinə istinadən yayıb. Nəşrə görə, ölən ukraynalı hərbçilərin sayı 80 min nəfər, yaralıların sayı isə 2024-cü ilin əvvəlinə olan bəzi “məxfi Ukrayna qiymətləndirməsinə” əsasən 400 min nəfər təşkil edir. WSJ iddia edir ki, rus ordusunun itkiləri 200 min ölü və yarım milyona qədər yaralı ilə ifadə olunur.

Bu rəqəm Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının gündəlik hesabatında təqdim etdiyi məlumatlarla demək olar ki, üst-üstə düşür. Sentyabrın 17-də orada 635.880 rusiyalının həlak olması və yaralanması bildirilmişdi.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
editor.az

1Sources