EN

Naxçıvan şəhərinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Naxçıvan şəhərinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Sabah Naxçıvan şəhərində saat 18:00-dan 19:00-a dək 110/10 kilovoltluq "Koroğlu" yarımstansiyasından qidalanan 10 kilovoltluq elektrik verilişi xəttində təmir işləri aparılacaq.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təmir işləri ilə əlaqədar Nəsirəddin Tusi küçəsində, Saat Meydanı Turistik İstirahət Mərkəzi, "Grand" Hotel, Maliyyə Nazirliyi, Naxçıvan Şəhər Polis İdarəsi, Qaz İstismar İdarəsi və Fövqəladə Hallar Nazirliyinin inzibati binalarında elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
4
ilk.az

10Sources