EN

Qırğızıstandan Azərbaycana neftin təchizatı ilə bağlı TƏKLİF

Bakı. Trend:

Qırğızıstan Azərbaycana neftin təchizatı və emalı üzrəuzunmüddətli müqavilə bağlamağı təklif edib.

TrendQırğızıstan Energetika Nazirliyinə istinadən xəbər verir ki, bubarədə Qırğızıstanın energetika naziri Taalaybek İbrayevAzərbaycanın energetika naziri Pərviz Şahbazov ilə 4-cü TürkdilliDövlətlər Təşkilatının iclası çərçivəsində keçirilən ikitərəfligörüşdə bildirib.

T.İbrayev Azərbaycanın neft yataqlarının işlənməsi və neftməhsullarının hasilatında yüksək təcrübəsini vurğulayıb.

O, həmçinin, Azərbaycanın hidroenergetika və bərpa olunan enerjilayihələrində iştirakını təklif edib və Qırğızıstanın elektrikliavtomobillər üçün şarj cihazlarının alınması və quraşdırılması üçünAzərbaycan-Qırğızıstan İnkişaf Fondundan 2 milyon ABŞ dollarıməbləğində güzəştli maliyyələşmə imkanını nəzərdən keçirməyi təklifedib.

Şahbazov əməkdaşlığa hazır olduğunu bildirərək, neft təchizatıməsələlərini müzakirə etmək üçün xüsusi işçi qrupu yaratmağı təklifedib.

O, həmçinin, yaxın zamanda bərpa olunan enerji mənbələri üzrəinvestisiya forumunun keçiriləcəyini qeyd edib və Qırğızıstanı butədbirdə fəal iştiraka dəvət edib.

Qeyd edək ki, 24 aprel tarixində Qırğızıstan EnergetikaNazirliyi ilə Azərbaycan Energetika Nazirliyi arasında enerjisahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.Memorandumda tərəflərin neft yataqlarının birgə tədqiqat vəişlənməsi, neft və neft məhsulların ticarəti, bərpa olunan enerjimənbələri və hidroenergetika sahəsində əməkdaşlığı inkişaf etdirməkniyyəti ifadə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
1
az.trend.az

2Sources