EN

Qırğızıstandan Azərbaycana elektromobillər üçün şarj cihazları ilə bağlı təklif

Qırğızıstan Azərbaycana neftin təchizatı və emalı üzrə uzunmüddətli müqavilə bağlamağı təklif edib.

FED.az xəbər verir ki, Qırğızıstan Energetika Nazirliyinin məlumatına görə,  bu barədə Qırğızıstanın energetika naziri Taalaybek İbrayev Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə 4-cü Türkdilli Dövlətlər Təşkilatının iclası çərçivəsində keçirilən ikitərəfli görüşdə bildirib.

T.İbrayev Azərbaycanın neft yataqlarının işlənməsi və neft məhsullarının hasilatında yüksək təcrübəsini vurğulayıb.

O, həmçinin, Azərbaycanın hidroenergetika və bərpa olunan enerji layihələrində iştirakını təklif edib və Qırğızıstanın elektrikli avtomobillər üçün şarj cihazlarının alınması və quraşdırılması üçün Azərbaycan-Qırğızıstan İnkişaf Fondundan 2 milyon ABŞ dolları məbləğində güzəştli maliyyələşmə imkanını nəzərdən keçirməyi təklif edib.

Şahbazov əməkdaşlığa hazır olduğunu bildirərək, neft təchizatı məsələlərini müzakirə etmək üçün xüsusi işçi qrupu yaratmağı təklif edib.

O, həmçinin, yaxın zamanda bərpa olunan enerji mənbələri üzrə investisiya forumunun keçiriləcəyini qeyd edib və Qırğızıstanı bu tədbirdə fəal iştiraka dəvət edib.

Qeyd edək ki, 24 aprel tarixində Qırğızıstan Energetika Nazirliyi ilə Azərbaycan Energetika Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Memorandumda tərəflərin neft yataqlarının birgə tədqiqat və işlənməsi, neft və neft məhsulların ticarəti, bərpa olunan enerji mənbələri və hidroenergetika sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyəti ifadə olunub. (Trend)

QırğızıstandanQırğızıstandan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
1
fed.az

2Sources