EN

Olaf Şolts Qazaxıstana səfər edib

Almaniya kansleri Olaf Şolts hər an Rusiya ilə Ukrayna arasında sülhün təmin olunmasına töhfə verə biləcəklərini bildirib.

Qazaxıstana səfər edən Olaf Şolts Almaniya ilə Qazaxıstan arasında çox əhatəli tərəfdaşlığın olduğunu qeyd edib.

"Orta Asiya bölgəsi getdikcə daha çox əhəmiyyət kəsb edir. Avropanın mərkəzində böyük bir ölkə olan Almaniyanın Orta Asiya ölkələri üçün həm iqtisadi, həm də digər məsələlərdə tərəfdaş kimi mövcud olması çox vacibdir",-deyə Olaf Şolts vurğulayıb.

Qazaxıstanda çox mühüm görüşlər keçirdiyini bildirən Olaf Şolts  bu görüşlərin  həm Qazaxıstanın gələcəyi, həm də Almaniyanın iqtisadi inkişafı üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Kansler Olaf Şolts Rusiya ilə Ukrayna arasında sülhün təmin edilməsi üçün variantların araşdırılmasının vacibliyini vurğulayaraq, hər an müharibənin bitməsinə töhfə verə biləcəklərini qeyd edib.

Rusiyanın iştirak edəcəyi müxtəlif konfransların təşkili ilə bağlı fikirlərini bildirən Şolts deyib: “Rusiya yalnız müharibəni başladan deyil, həm də davam etdirən tərəfdir''.



Chosen
32
trt.net.tr

1Sources