EN

"Yunanıstan yeni bir prosesə keçir”

Türkiyənin müdafiə sənayesindəki irəliləyişləri Yunanıstanı hərəkətə gətirir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Yunanıstanın Müdafiə naziri Nikos Dendias Yunanıstan Silahlı Qüvvələrində yenidənqurma işlərinin aparılacağını bildirib.

Bir monastırda təşkil edilən dini tədbirdə iştirak edən Nikos Dendias çıxışında deyib: "Silahlı Qüvvələrin tamamilə yenidən təşkil olunacağı bir prosesə keçirik. Ölkənin qarşıdakı 20 il üçün silahlanma proqramı bir neçə gün əvvəl Baş nazirə (Kiriakos Mitsotakisə) təqdim olunub. Daha sonra parlamentin müvafiq komissiyasına təqdim ediləcək və ardınca hökumətin Xarici Siyasət və Müdafiə Şurası tərəfindən təsdiqlənəcək."

Türkiyənin adını çəkmədən ona işarə edən Dendias məcburi hərbi xidmət müddətində və ehtiyatda olan hərbi sistemdə əhəmiyyətli dəyişikliklərin planlaşdırıldığını bildirərək "Biz 11 milyonluq kiçik bir ölkəyik. Təhdidlərlə üz-üzəyik və bizə qarşı ən böyük iddialar 100 milyona yaxınlaşan bir ölkədən gəlir. Nəticə etibarilə ehtiyatda olan hərbi personal istifadə edilmədən ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması üçün lazımi səviyyəyə çata bilmərik" deyib.

Dövlət strukturlarında oxşarlıq olan ölkələrdəki hərbi quruluşların araşdırıldığını qeyd edən Dendias dəyişiklikləri yeni ilə qədər elan etməyi planlaşdırdıqlarını bildirib.

Yunanıstanda 19 yaşını tamamlamış kişilər üçün 12 aylıq məcburi hərbi xidmət mövcuddur, lakin universitet təhsili kimi xüsusi hallarda hərbi xidmət təxirə salına bilər.

Silahlı Qüvvələrində 30 mini məcburi hərbi xidmət göstərən vətəndaşlar olmaq şərtiylə Yunanıstan ordusunda təxminən 90 min hərbi personal mövcuddur.

Hərbi xidmətini başa vuran bəzi şəxslər ölkədə müharibə və təbii fəlakət kimi hallarda ehtiyac duyularsa, hərbi xidmət göstərmək üçün 5-8 ildən bir, 9 həftəyə qədər davam edən təlimlərə cəlb olunurlar.

Chosen
31
2
sia.az

5Sources