EN

Vladimir Zelenski Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə niyə mübahisə edib?

Ukrayna prezidenti Vladimir Zelenski Polşanın xarici işlər naziri Radoslav Sikorskinin Kiyevə səfəri zamanı onunla “yüksək tonda” danışıb və Varşavadan dəstəyin olmamasından narazılığını bildirib.

Editor.az xəbər verir ki, bu barədə Polşanın “Onet” portalı danışıqlarda iştirak edənlərə istinadən yazır. Onların sözlərinə görə, söhbət zamanı atmosfer gərgin olub. Nəşrə görə, Vladimir Zelenski Polşanı Ukraynanın Aİ-yə daxil olması ilə bağlı kifayət qədər dəstək verməməkdə ittiham edib.

Radoslav Sikorski cavabında bildirib ki, Polşanın assosiasiyaya qoşulması üçün on il lazım olub və Ukrayna prezidentinin tələb etdiyi müddət real deyil. Sonra Vladimir Zelenski, Kiyevə kifayət qədər hərbi yardım göstərilmədiyinə görə Varşavanı qınayıb. Bu kontekstdə o, Polşanın Ukrayna səmasında raket və dronları vura biləcəyini xatırladıb. Polşa Xarici İşlər Nazirliyinin rəhbəri cavab verib ki, NATO ilə razılaşma olmadan bu qərar qəbul edilə bilməz. Tərəflər Volın qətliamının qurbanlarının eksqumasiyası məsələsi ətrafında da mübahisə ediblər.

Xatırladaq ki, Radoslav Sikorski sentyabrın əvvəlində etiraf edib ki, Polşanın hava hücumundan müdafiə sistemləri Qərbi Ukrayna səmasında Rusiya raketlərini vura bilər. Onun fikrincə, belə bir addım Polşanı və onun NATO müttəfiqlərini Rusiya ilə birbaşa toqquşmaya sürükləməyəcək. Bundan sonra Şimali Atlantika Alyansı Polşanı “hər kəs üçün nəticələri ola biləcək” qərarlar qəbul etməzdən əvvəl müttəfiqləri ilə məsləhətləşməyə çağırıb.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
editor.az

1Sources