EN

Türkiyədən Livana başsağlığı

Livanda “Hizbullah” tərəfindən istifadə edilən peycerlərdə baş verən partlayışla bağlı Türkiyə xarici işlər naziri Hakan Fidan Livanın Baş naziri Nəcib Miqatiyə zəng edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.

Diplomatik mənbənin məlumatına görə, Fidan, Miqati ilə telefon danışığı zamanı partlayışla bağlı detalları öyrənib və Livan xalqına partlayışlar nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib.

Chosen
43
13
qafqazinfo.az

10Sources