Bakı. Trend:
Bəzi ölkələr üçün Azərbaycanın uğurlarını ədalətlidəyərləndirmək çətindir.
Trend xəbər verirki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti,ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AzTV-nin “Hədəf”verilişində deyib.
Onun sözlərinə görə, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlıqərarın verilməsindən sonra, elə ilk günlərdən xarici mətbuatdatədbirin Bakıda keçirilməsindən narazılıq, inamsızlıq ifadə edənməqalələr dərc edilirdi.
"Azərbaycan çox böyük nailiyyətlər əldə edib. Ölkəmizin ərazibütövlüyünü bərpa etməsi, böyük iqtisadi uğurlarımız, beynəlxalqarenada güclü mövqeyimiz bəzi ölkələr tərəfindən qabul edilmir.Onlar üçün bu uğurları ədalətli dəyərləndirmək çətindir. Biz bunugözləyirdik və bunun üçün media komandası yaratdıq. Mediakomandamıza mütəxəssislər dəvət olundu. Həm ölkə daxilində, həm dəölkə xaricində gördüyümüz işlərin, apardığımız proqramların kifayətqədər təbliğ olunmasına şərait yaradıldı. Peşəkar komandavasitəsilə bu il elə bir həftə olmayıb ki, biz beynəlxalq mediayaməlumat, açıqlama, müsahibə verməyək. Bu istiqamətdə fəaliyyətdemək olar ki, hər həftə həyəta keçirilir. Biz komandamızın buistiqamətdə çox açıq olduğunu nümayiş etdirə bilmişik. Daha öncətənqidi, inamsız formada yanaşan mətbuat orqanları artıq tamamiləfərqli yanaşırlar. Onlar artıq başa düşürlər, ölkəmizin gücünügörürlər", - deyə nazir əlavə edib.
Xatırladaq ki, 11-22 noyabr tarixlərində Bakı şəhərindəBirləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə ÇərçivəKonvensiyasının 29-cu tərəflər konfransı keçiriləcək.