EN

Harris ikinci sui-qəsd cəhdindən sonra Trampa zəng edib

Harris ikinci sui-qəsd cəhdindən sonra Trampa zəng edib

ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris ikinci sui-qəsd cəhdindən sonra respublikaçı rəqibi Donald Trampa zəng edib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Harris və Tramp səmimi, qısa söhbət ediblər. Harris ABŞ-ın keçmiş prezidentinə “onunla hər şeyin yaxşı olduğuna sevindiyini” deyib.

Daha əvvəl Tramp bildirib ki, bazar günü ona qarşı yeni hücumun səbəbi Prezident Co Bayden və vitse-prezident Kamala Harrisin ritorikası olub.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
6
ilk.az

8Sources