Tayvanın “Qızıl Apollo” şirkətinin qurucusu Hsu Çinq-Kuang bu gün (sentyabrın 18-də) Livanda dünən partlayan peycerlərin şirkət tərəfindən istehsal olunmadığını açıqladı.
Livanın “Hizbullah” terror təşkilatı ünsürlərinin istifadə etdiyi cihazların eyni vaxtda partlaması nəticəsində ən azı 11 nəfər ölüb, 4000-ə yaxın adam yaralanıb.
Hsu, partlayan cihazların Avropada Tayvan şirkətinin ticarət nişanından istifadə hüququ olan bir şirkət tərəfindən istehsal edildiyini söylədi.
Hsu dedi: “Məhsul bizim deyil. O, yalnız bizim brendimizi daşıyır”, – deyib.
Hsu cihazları istehsal etdiyini söylədiyi şirkətin adını açıqlamayıb və şirkətin hadisənin qurbanlarından biri olduğunu bildirib.
“Biz məsuliyyətli bir şirkətik. Bu, çox utancvericidir”, – dedi.