EN

"Qarabağ"la oyunqabağı "Tottenhem"də son durum

style='margin-bottom:10px;'>

UEFA Avropa Liqasının Liqa mərhələsində ilk oyununu "Qarabağ"a qarşı keçirəcək "Tottenhem"in heyətində itkilər var.

QOL.az xəbər verir ki, komandanın baş məşqçisi Ange Postekoqlu İngiltərə Premyer Liqasının 4-cü turunda "Arsenal"la keçirilən oyundan (0:1) sonra bu barədə danışıb.

O, əvvəlcə London derbisində meydana çıxmayan braziliyalı hücumçu Rişarlison və malili yarımmüdafiəçi Yves Bissumanın durumundan danışıb: "Bissumanın bazar gücü "Brentford"a qarşı oynamaq ehtimalı var. Qasığında zədə var idi, amma elə də ciddi deyil. Rişarlisonun oynamağına isə hələ bir az vaxt lazımdır. O, reablitasiyadadır". 

İngiltərə mətbuatı Rişarlisonun sentyabrın sonlarında meydana çıxmağa hazır olduğunu yazıb. Bu isə o deməkdir ki, braziliyalı futbolçu "Qarabağ"la oyunu buraxacaq.

Baş məşqçi niderlandlı müdafiəçi Mikki van de Ven və ingilis hücumçu Dominik Solankenin isə sıraya döndüyünü bildirib.

Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək "Tottenhem" - "Qarabağ" oyunu Bakı vaxtı saat 23:00-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
1
teleqraf.com

2Sources