EN

AMB: İnflyasiyanın xarici fonu ümumilikdə sabitdir

Azərbaycanda inflyasiyanın xarici fonu ümumilikdə sabitdir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

Məlumata görə, avqust-sentyabr aylarında illik inflyasiya yüksəlsə də, hədəf diapazonu (4±2%) daxilində olub. Belə ki, 2024-cü ilin avqust ayında 12 aylıq inflyasiya 3,5 %, ərzaq malları üzrə inflyasiya 3 %, qeyri-ərzaq malları üzrə 1,8 %, xidmətlər üzrə 5,6 % təşkil edib. İllik baza inflyasiya isə 2,4 % olub.

"Bu dövrdə manatın nominal effektiv məzənnəsinin (2024-cü ilin 8 ayında 2,8 %) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib", - deyə qurum bəyan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1
1
ikisahil.az

6Sources