EN

Bavariya – Dinamo Zaqreb görüşündə 11 qol vurulub

Bakı,TurkicWorld

Bu gün UEFA Çepionlar Liqasında 2024-25 mövsümünə start verilib.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, yeni sistem ilə keçiriləcək yarışda 6 oyun keçirilib.

Son çempion “Real” “Ştutqart”ı sınağa çəkib. Madrid klubu 3:1 hesabı ilə qalib gəlib.

Günün mərkəzi matçı isə İtaliyada keçirilib. “Milan” “Liverpul”la matçda erkən qol vursa da, sonradan qapısından 3 top buraxıb.

Günün, bəlkə də mövsümün ən məhsuldar qarşılaşması Münhendə qeydə alınıb. “Bavariya” Zaqreb “Dinamo”sunu 9:2 hesabı ilə məğlub edib.

UEFA Çempionlar Liqası
17 sentyabr
I tur
20:45. “Yuventus” – PSV – 3:1
20:45. “Yanq Boys” – “Aston Villa” – 0:3
23:00. “Milan” – “Liverpul” – 1:2
23:00. “Bavariya” – “Dinamo Zaqreb” – 9:2
23:00. “Real” – “Ştutqart” – 3:1
23:00. “Sportinq” – “Lill” – 2:0

Qeyd edək ki, I turun oyunları 3 gün ərzində keçiriləcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
1
turkic.world

2Sources