EN

Qalstuk taxmağın beyinə təsiri... - EHTİYYATLI OLUN!

Qalstuk taxmaq beyinə qan axınını 7,5 faiz azaldır. Sağlamolun.az xəbər verir ki, 2018-ci ildə Almaniya Universitetinin mütəxəssisləri tərəfindən aparılan araşdırma, qalstuk taxmağın beyninizə qan axınının 7,5 faizə qədər azalda biləcəyini, başgicəllənmə, ürək bulanması və baş ağrılarına səbəb olacağını göstərib.
30 könüllü üzərində aparılan tədqiqatda 15 nəfərə qalstuk taxılıb və 3 saat sonra onlar MRT-dən, yəni başın maqnit rezonans tomoqrafiyasından keçirilib. Digərləri isə qalstuksuz olub və onlar da MRT müayinəsi olunub. Nəticədə, qalstuk taxanlarda beyin qan dövranı pozulub, qalstuksuzlarda isə normal vəziyyətdə qalıb. Beləliklə, alimlər, bəzi özəl şirkətlərin və dövlət qurumlarının dres-koduna, yəni məcburi geyim formasına daxil olan aksesuarın sağlamlıq üçün təhlükə yaratdığını sübut edib.

Saglamolun.Az





Chosen
38
saglamolun.az

1Sources