“Nürnberq”in baş məşqçisi Miroslav Kloze Mahir Emreli ilə bağlı açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis 28 yaşlı futbolçunun növbəti turda “Herta” ilə matçda oynayıb-oynamayacağı barədə danışıb:
“Mahir üçün əsas heyətdə başlamaq tezdir. Amma Emreli ən azı yarım saat oynaya biləcək”.
Qeyd edək ki, “Nürnberq” – “Herta” qarşılaşması sentyabrın 21-də keçiriləcək.