EN

İki rayonun icra başçısı dəyişdirilib - Sərəncam

İki

Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Reyting.az
 xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Salyanın icra başçısı Sevindik Hacağa oğlu Hətəmov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Daha bir sərəncamla Rüstəm Gülabba oğlu Xəlilov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb.
Chosen
87
29
reyting.az

10Sources