2022-ci ildən bəri İranın Beyrutda nümayəndəsi kimi çalışan Əmaninin müalicə məqsədilə Tehrana aparılacağı bildirilir. Hərçənd səfirliyin rəsmi "X" hesabında onun görmə qabiliyyətində hər hansı problem yaranmadığı vurğulanır.
"Cənab Əmaninin fiziki vəziyyəti və görmə qabiliyyəti ilə bağlı şayiələr yalandır", - məlumatda deyilir.
İsrail "Hizbullah"a məxsus peycerləri partladıb: 3 min yaralı - FOTOLAR |
Xatırladaq ki, İsrail kəşfiyyatının Livanda fəaliyyət göstərən "Hizbullah" terror təşkilatına aid peycerlərə yerləşdiyi partlayıcılar ötən axşam işə düşüb. Nəticədə 9 nəfər ölüb, 4 minə yaxın insan xəsarət alıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani hadisəni "kütləvi qətliam" adlandırıb.
Firudin Həmidli
AzVision.az