Ölkəmizdə fəaliyyətə başladığı gündən iqtisadiyyatın müxtəlifsahələrinin inkişafına töhfələr verən “Azərsun Holdinq”, həm dəAzərbaycanda təşkiledilmiş qlobal layihələrin əsastərəfdaşlarından olub. Üzərində “Made in Azerbaijan” yazısını daşıyan məhsulları ilə dünyanın 40 dan artıq ölkəsində Azərbaycanı şərəflə təmsil edən “Azərsun Holdinq” Bakıda təşkil ediləcək COP29 layihəsi ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Adıçəkilən şirkətlər qrupu layihədə Dayanıqlı İnkişaf Tərəfdaşı olaraq təmsil olunacaq.
11-22 noyabr arası keçiriləcək layihədə “Azərsun Holdinq” qida, qeyri qida, kənd təsərrüfatı, daşınmaz əmlak və digər fəaliyyət sahələrində dayanıqlı inkişaf üçün təcrübələrini paylaşacaq, eyni zamanda bu istiqamətdə qlobal təşkilatlar və şirkətlərlə əməkdaşlıq imkanlarını dəyərləndirəcək. Məsələ ilə bağlı “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gozal açıqlama verib: “COP29-a tərəfdaş kimi qoşulmaq,
“Azərsun”undayanıqlı inkişafa sadiqliyinin əyani sübutudur.
Biz inanırıq ki, qlobal liderlərlə birgə işləməklə biz əhəmiyyətli dəyişikliklərətəkan verə və hamı üçün daha dayanıqlı gələcəyə töhfə verəbilərik. Biz böyük həvəslə COP29 çərçivəsində baş tutacaqgörüşlərimizi gözləyirik”.