EN

“Türkiyə ilə sərhədləri açmalıyıq” – Paşinyan

“Türkiyə ilə diplomatik əlaqələr qurmalı, quru sərhədlərimizi açmalıyıq”.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ümumerməni Sammitində deyib.

O, qeyd edib ki, Türkiyədə də bu məsələyə baxış dəyişir: "Mən bir anlıq özümü Türkiyədə gedən müzakirələri izləyən müşahidəçinin yerinə qoyaraq deyəcəyəm ki, Türkiyədə müəyyən təsəvvürlərdə kiçik, lakin açıq-aşkar dəyişiklik var".

Onun sözlərinə görə, bu məsələdə Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında danışıqlar böyük əhəmiyyət kəsb edir. Paşinyan hesab edir ki, danışıqlarda hələlik ciddi nəticə əldə olunmasa da, iki ölkənin təmasda olması vacibdir.

“AzPolitika.info”

Chosen
12
2
azpolitika.info

3Sources