Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti İnsan Resursları Departamentinə yeni rəhbər təyin edilib.
Banker.az-ın məlumatına görə, bu vəzifəyə Fəxri Əlişzadə təyinat alıb.
O, 2024-cü il may ayından 2024-cü ilin sentyabr ayına qədər müvəqqəti əvəzedici idi.
Fəxri Əlişzadə 2022-ci ilin iyunundan 2024-cü ilin aprel ayına kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində İnsan Resurslarının İdarəedilməsi Departamentinin rəis müavini kimi çalışıb.
www.anews.az