Hazırda Azərbaycanda qrip virusu ilə əlaqəli kütləvi yoluxma halı müşahidə olunmur.
Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qrip və mövsümi viruslarla bağlı danışarkən deyib.
O bildirib ki, bu səbəbdən statistika üçün böyük rəqəmlər yoxdur: “Ümumilikdə, ölkədə epidemioloji vəziyyət nəzarət altındadır”.
İnfeksionist vurğulayıb ki, Azərbaycana gətirilən qrip əleyhinə peyvəndlər effektli və təhlükəsizdir.