EN

Bal yarmarkasında 120 tona yaxın arıçılıq məhsulları satışa çıxarılıb

Bakıda keçirilən arıçılıq məhsullarının 24-cü respublika sərgi-satış yarmarkasında ölkənin bütün iqtisadi rayonlarını təmsil edən 275 arıçı tərəfindən ümumilikdə 120 tona yaxın arıçılıq məhsulları satışa çıxarılıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, satışa çıxarılan məhsulların 4 tondan çoxu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.

Satışa 37 ton cökə balı, 26,3 ton çiçək balı, 13,7 ton meşə balı çıxarılıb. Çiçək, cökə və meşə balları yarmarka dövründə satışa təqdim olunan ümumi bal məhsullarının 64 faizini təşkil edir. Bununla yanaşı, arıçı fermerlər satışa 5,4 ton qaratikan balı, 6,8 ton may balı, 6 ton dağ balı, 2,6 ton biyan balı çıxarıblar. Satışda olan arıçılıq məhsullarının çeşidinə həmçinin çəmən balı, şabalıd balı, akasiya balı, mum, propolis, çiçək tozu, güləm, podmor, propolis cövhəri, arı südü, arıçılıq məhsullarından hazırlanan kosmetik vasitələr də daxildir.

Qeyd edək ki, arıçılıq yarmarkası 29 sentyabr tarixinədək davam edəcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
13
valyuta.az

10Sources