EN

Noyabrda ardıcıl 6 gün iş olmayacaq - RƏSMİ

İş və istirahət günlərinin yerləri dəyişdirilib.

Redaktor.az-ın məlumatına görə, Nazirlər Kabineti bu barədə qərar verib.

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, 8 noyabr Zəfər günüdür. 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günüdür, iş günü hesab edilməyən bayram günüdür. Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq növbəti həftənin bazar ertəsi – 11 noyabr qeyri-iş günü olacaq. Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün qeyri-iş günü olacaq.

Chosen
115
49
redaktor.az

10Sources