EN

“Wildberries”in baş ofisi yaxınlığında atışma nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb

Moskvanın mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş verən atışma nəticəsində bir nəfər ölüb, ikisi polis əməkdaşı olmaqla üç nəfər yaralanıb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

Təxminən 30 nəfərin polisə aparıldığı da qeyd edilib.

Daha əvvəl bildirilib ki, şirkətin təsisçisinin əri Vladislav Bakalçukun şirkətin ofisinə qanunsuz daxil olmağa çalışıb. Atışma nəticəsində 3 nəfər yaralanıb, ofis işçiləri təxliyə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
sam.az

1Sources