EN

QAİ rəsmisi BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyasında iştirak edir

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində sentyabrın 9-dan oktyabr ayının 11-dək BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyası keçirilir.

Bu barədə "İki sahil"ə Qərbi Azərbaycan İcmasından (QAİ) bildirilib.

Məlumata görə, bu sessiyanın gündəliyində irqçiliyə qarşı mübarizə, yerli xalqların hüquqları, iqlim dəyişikliyinin təsirləri və digər məsələlər dayanır.

Sessiyaya BMT-nin üzv dövlətləri və bir sıra beynəlxalq təşkilatlar ilə yanaşı vətəndaş cəmiyyətinin nümayəndələri də qatılıblar.

Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının (QAİ) Mətbuat katibi Ülviyyə Zülfiqar da vətəndaş cəmiyyətinin nümayəndəsi qismində sözügedən sessiyada iştirak edir.

Chosen
11
5
ikisahil.az

6Sources