EN

Trampa qarşı ikinci dəfə sui-qəsd: Nələr baş verir?

“Donald Trampa qarşı ikinci dəfə sui-qəsd cəhdinin olması maraqlı suallar ortaya çıxarır. Bir qrup bunu məhz Trampa qarşı onun kampaniyasını kəsmək cəhdi kimi dəyərləndirəcək, digər qrup isə xəbərdarlıq atəşi kimi qiymətləndirəcək. Ancaq bu variant inandırıcı deyil, belə bir şey olsa belə Tramp birinci sui-qəsddən sonra geri çəkilərdi”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

 

Politoloq bildirib ki, bəziləri ikinci sui-qəsdin Trampın özünün, özünə yaxın qüvvələrin təşkil etdiyini bildirirlər:

“Onlar hesab edirlər ki, Tramp bununla önə keçmək istəyir, öz hüququnu artırmaq istəyir. Hər zaman Tramp ABŞ tarixində seçkilərdə məhz hücuma məruz qalan prezident olub. Bu şəkildə də keçən dəfə sui-qəsddən sonra Trampın səsləri xeyli artdı. İndi də Kamala Harrisə qarşı bu taktikadan istifadə oluna bilər. Üçüncü qrup isə hadisəni ABŞ-da maraqlı olan qüvvələr, İsrailpərəst qüvvələr, hərbi-sənaye kompleksinin törədə biləcəyini düşünür. Məhz Trampa qarşı bu sui-qəsdi törədə bilərlər ki, Trampın özünün də xəbəri olmadan nüfuzu artsın və prezident seçilsin. Belə ki, hərbi-sənaye kompleksi və müəyyən radikal sağ qruplaşmaları Trampı bu yolla dəstəkləyirlər”.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
editor.az

1Sources