EN

Daily Mail:"Livanda peycerlərə siqnal göndərilib"

Bu ifadələr "Daily Mail" qəzetinin Livanda kütləvi partlayışlarla bağlı məqaləsindəndir. Qəzet vurğulayır ki, partlayan peycerlər kodlu xəta mesajı alıblar. Nəticədə cihazlar təqribən 10 saniyə titrəyərək siqnal yayıb; istifadəçi bu xəbərdarlığı silmək üçün peycerin düyməsini toxunanda partlayış baş verib.

Britaniya Ordusunun bomba zərərsizləşdirilməsi üzrə keçmiş mütəxəssisi nəşrə açıqlamasında bildirib ki, partlayıcı 5 əsas komponentindən (konteyner, batareya, işə salma qurğusu, detonator və partlayıcı yük) 3-ü partlayan peycerlərə quraşdırılıbmış.

Digər tərəfdən, ABŞ-nin təhlükəsizlik üzrə adı açıqlanmayan rəsmi nümayəndəsinin sözlərinə görə, bu partlayış əməliyyatı İsrailin "Hizbullah" terrorçularına qarşı genişmiqyaslı hücumunun bir hissəsi kimi planlaşdırılsa da, qruplaşmanın plandan xəbər tutması ehtimalına səbəbi ilə peycerlər vaxtından qabaq partladılıb.

İsrail tərəfi bu iddia barədə hələlik hər hansı şərh verməyib. Hərçənd bu ölkəni təqsirləndirən "Hizbullah" terror təşkilatı "qisas alınacağını" diqqətə çatdırıb.

Hadisə nəticəsində 12 nəfər ölüb, 4000-yə insan xəsarət alıb. Xəsarət alanlar arasında İranın Livandakı səfiri Müctəba Əmani də var; o, bir gözünü itirib, digər gözü isə ciddi zədə alıb.

Firudin Həmidli
AzVision.az

Chosen
17
42
azvision.az

10Sources