EN

Moskvada atışma:ölən və yaralananlar var - ANBAAN VİDEO

Moskvanın mərkəzində, Kremlin yaxınlığında yerləşən "Wildberries" şirkətinin baş ofisində silahlı atışma ilə bağlı 28 nəfər saxlanılıb.

 

Bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.

 

Şirkətin yerləşdiyi Romanov Dvor biznes mərkəzinə giriş bağlanıb, həmin küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

 

"Wildberries"dəki mənbə şirkətin Romanov Dvor biznes mərkəzindəki ofisinin təhlükəsizlik xidmətinin əməkdaşının ofisi ələ keçirmək cəhdi zamanı öldürüldüyünü açıqlayıb.

 

Qeyd edək ki, bu gün "Wildberries"in baş ofisində silahlı insident baş verib. İnsidentin şirkətin rəhbəri Tatyana Bakalçukun həyat yoldaşı Vladislav Bakalçukun və bir qrup kişinin binaya buraxılmaması səbəbindən baş verdiyi bildirilib.

 

Nəticədə bir polis əməkdaşı yaralanıb, iki nəfər isə həyatını itirib.

 

Şirkətdən o da bildirilib ki, Vladislav Bakalçuk mühafizəsi ilə birlikdə Moskvadakı Wildberries ofisinə qanunsuz daxil olmağa cəhd edib.

 

Xatırladaq ki, bir müddət əvvəl Tatyana Bakalçuk əri Vladislavla boşanma prosesinin başlandığını açıqlamışdı./APA

 

Tarix: 18 Sentyabr 2024, 18:06   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
190
2
pravda.az

10Sources