EN

"Kubok qazanmasam, mövsüm uğursuz olacaq"

"Tottenhem"in baş məşqçisi Ange Postekoqlou İngiltərə Premyer Liqasının cari mövsümü haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis klubdakı ikinci ilində də kuboklar qazanmağı hədəflədiyini və heç nəyin dəyişmədiyini qeyd edib.

“Düşünürəm ki, kuboku qazana bilməsəm, mövsüm uğursuz olacaq. Və düşünürəm ki, keçən mövsüm uğursuz oldum, çünki bu, mənim düşüncə tərzimdir" 

Paytaxt klubu İngiltərə çempionatında keçirdiyi son iki matçda “Nyukasl” (1:2) və “Arsenal”a (0:1) uduzaraq, dörd turdan sonra aktivində dörd xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Növbəti turda "Spurs" doğma meydanda "Brentford"la qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
90deqiqe.az

1Sources