Çoxları üçüncü dünya müharibəsinin təhlükəsini başa düşmür.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl deyib.
O qeyd edib ki, isti ofislərində olan siyasətçilər müharibənin nə demək olduğunu çox az başa düşürlər.
“Mən müharibədə iştirak edən ölkədə yaşayırdım... Mən Livanı cəmi bir il əvvəl tərk etmişəm. Müharibənin nə olduğunu bilən hər kəs müharibəni sevmir”, - deyə Knaysl bildirib.
O, siyasi məsələlərdə daha çox rasionallığa və daha az emosiyaya çağırıb.