EN

Rusiya Müdafiə Nazirliyi Ukraynanın enerji obyektlərinə endirilən zərbələr barədə məlumat yaydı

Rusiya ordusu Ukraynanın enerji obyektlərinə zərbələr endirib.

Editor.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bu obyektlərin hərbi sənaye kompleksi müəssisələrinin fəaliyyətinə dəstək verdiyi iddia edilir.

Moskva həmçinin 138 rayonda aerodrom infrastrukturunun, dronların yığılması sexinin, Ukrayna ordusunun və texnikasının vurulduğunu iddia edir. Hücumda əməliyyat-taktiki təyyarələr, pilotsuz uçuş aparatları, raketlər və artilleriyadan istifadə edilib.

Ukraynanın Energetika Nazirliyi son 24 saat ərzində səkkiz regionda enerji obyektlərinə hücum edildiyini iddia edib. “Ukrenerqo” bildirib ki, dünəndən etibarən Sumı və onun ətraf rayonlarında elektrik enerjisi təchizatını bərpa etmək mümkün olub.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
editor.az

1Sources