EN

Böyük Qayıdış üçün ayrılan pul azaldılacaq - RƏSMİ

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün 2025-ci ilin dövlət büdcəsindən 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

Gundem.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu vəsait şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə xərclənəcək.

Maliyyə Nazirliyinin məlumatından görünür ki, növbəti ildə Böyük Qayıdış üçün nəzərdə tutulan vəsait 2024-cü ilə nisbətən 2 dəfədən də az olacaq. 2024-cü ilin dövlət büdcəsindən işğaldan azad edilən ərazilərin bərpasına 9,9 milyard manat vəsait ayrılıb.

Xatırladaq ki, Azərbaycan dövləti 2021-ci ildən başlayaraq işğaldan azad edilən ərazilərin bərpasına vəsait ayırır. İllər üzrə xərclərə diqqət yetirdikdə görürük ki, dövlət büdcəsindən ayrılan vəsait ilbəil artır. Artımın sürəti isə olduqca yüksəkdir. İşğaldan azad edilən ərazilərin bərpasına 2021-ci ildə 2,1784 milyard manat, 2022-ci ildə 4,315 milyard manat, 2023-cü ildə isə 5,8816 milyard manat vəsait ayrılıb. Üç il ərzində ayrılan vəsaitin məbləği 12,375 milyard manat təşkil edib. 2024-cü ildə ayrılması planlaşdırılan 9,903 milyard manatı da nəzərə alsaq, 2021-2024-cü illəri əhatə edən dördillik dövrdə işğaldan azad edilən ərazilərin bərpasına xərclənəcək vəsait 22,278 milyard manata çatacaq.  (Sfera.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
1
gundem.az

2Sources