EN

Fonseka bu oyunu uduzsa, qovulacaq

İtaliyanın "Milan" klubu "İnter"lə İtaliya çempionatının 5-ci tur matçında uduzacağı təqdirdə baş məşqçi Paula Fonsekanı istefaya göndərə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Mauritsio Pistokki "X" sosial şəbəkəsində (keçmiş Twitter)  məlumat verib.

O klub rəhbərliyinin artıq Massimiliano Alleqri ilə təmasda olduğunu və Fonsekanın qovulacağı halda bu, əsas namizəd olaraq onu nəzərdən keçirdiyini qeyd edib.

Alleqrinin özü də "Milan"a qayıtmağa razılıq verdiyi bildirilir.

Fonsekanın rəhbərliyi altında "Milan" beş matçdan birində qalib gəlib. Sentyabrın 17-də “qırmızı-qaralar” Çempionlar Liqasında “Liverpul”a uduzub (1:3). A Seriyasının turnir cədvəlində “Milan” 5 xalla 10-cu yerdədir.

Chosen
38
90deqiqe.az

1Sources