Bakı, 18 sentyabr, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında VII tur başa çatıb.
AZƏRTAC xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan komandası Qazaxıstan üzərində 3-1 hesablı qələbə qazanıb. Aydın Süleymanlı və Məhəmməd Muradlı bu tur rəqiblərini məğlub ediblər. Nicat Abasovla Rauf Məmmədov heç-heçəylə kifayətlənib.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi eyni hesabla Qazaxıstana uduzub 1-3. Günay Məmmədzadə və Gövhər Beydullayeva heç-heçə oynayıb. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova məğlubiyyətlə barışmalı olub.
Qeyd edək ki, Şahmat Olimpiadasına sentyabrın 22-də yekun vurulacaq.