EN

Moskvada Xəzər regionunda əməkdaşlıq məsələləri müzakirə olunub

Sentyabrın 18-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Xəzəryanı dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərləri arasında illik görüş keçirilib.

Yeniazerbaycan.com Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ənənəvi olaraq görüş Beynəlxalq Xəzər dənizi Gününə həsr olunur.

Görüşdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu iştirak edib.

“Xəzər regionunda çoxşaxəli əməkdaşlıq və “beşlik” formatında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, o cümlədən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Türkmənistanda keçiriləcək növbəti görüşünə hazırlıqla bağlı geniş məsələlər dairəsi üzrə maraqlı fikir mübadiləsi aparılıb”, – deyə məlumatda qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

7Sources