İran mətbuatı helikopter qəzasında dünyasını dəyişən ölkənin keçmiş prezidenti İbrahim Rəisinin peycerlə çəkilən görüntüsünü paylaşıb.
Bu barədə Avtosfer.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
İran mediası iddia edir ki, bu görüntü 2022-ci ilə və Pakistan xarici işlər naziri ilə görüşə aiddir.
Xatırladaq ki, dünən bütün Livan ərazisi boyunca, o cümlədən Beyrutun cənub ətrafında kütləvi şəkildə peycer partlayışları baş verib. Partlayan rabitə cihazları "Hizbullah" hərəkatının üzvlərinə məxsus olub. Partlayışda İranın Livandakı səfiri də yaralanıb.