EN

Elm adamları, Van Gogh-un "Ulduzlu gecə" tablosunu incəliyərək maraqlı detalları üzə çıxarıblar!

     Tablodakı 14 spiral quruluşu araşdıran tədqiqatçılar, "Ulduzlu Gecə" tablosundakı fırça zərbələrinin Kolmogorov-un turbulentlik nəzəriyyəsi ilə uyğun olduğunu və fırça zərbələrinin mövqeləri və parlaqlıq nisbətlərinin tabloda turbulentlik hərəkətlərini əks etdirdiyini ortaya çıxarıblar.     Tədqiqatçılar, rəsmdəki fırça vuruşlarının forma, enerji və ölçü baxımından adi gözlə müşahidə edilə bilməyən atmosfer xüsusiyyətlərini təqlid etdiyini bildiriblər. Rəsmin Batchelor şkalası ilə də uyğunlaşdığını bildirən tədqiqatçılar, rəsmdəki parlaqlıq nisbətlərinin bu miqyasla düz mütənasib olduğunu qeyd ediblər. Tədqiqatın müəlliflərindən biri olan Sidi Huang, Vincent van Gogh-un tablosunda turbulentliyi “tam olaraq düzgün” təsvir etməsinin rəssamın buludları və atmosferi öyrənməsi ilə bağlı ola biləcəyini qiymətləndirib. Araşdırma "AIP Publishing" tərəfindən "Physics of Fluids" jurnalında dərc olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
technote.az

1Sources