EN

Ermənistanda dövlət çevrilişinə hazırlıq: 3 nəfər həbs edilib

Ermənistan İstintaq Komitəsinin yazılı açıqlamasına görə, aparılan istintaq və axtarışlar nəticəsində hakimiyyəti qanunsuz yolla ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən 7 nəfər barəsində istintaq başladılıb.

News24.az xəbər verir ki, araşdırmalar nəticəsində həmin şəxslərin qanunsuz qruplaşma yaradaraq hakimiyyəti zorla ələ keçirmək və bu məqsədlə zorakılıq, hədə-qorxu ilə Ermənistan Respublikası hökumətinin səlahiyyətlərini ələ keçirmək üçün hazırlıq gördüyü müəyyən edilib.

Bu şəxslər əvvəlcədən razılaşma yolu ilə hakimiyyəti ələ keçirmək məqsədilə 2024-cü ildə Rusiyada üç aylıq təlim keçmək üçün Ermənistanın bir çox sakinlərinə aylıq 220 min rus rublu (təxminən 2350 dollar) məbləğində maaş veriblər. Bildirilib ki, dövlət çevrilişinə hazırlıq keçənlərə ağır silahlardan istifadə qaydaları öyrədilib, Ermənistana qayıtdıqdan sonra əməliyyatlarda iştirak etmək və başqalarına təlim keçmək üçün məlumat verilib.

İstintaq komitəsinin açıqlamasında bu şəxslərin Roston-on-Dona aparıldığı və çevriliş edənlərin Ermənistan hüquq-mühafizə orqanları ilə hər hansı əlaqəsinin olub-olmadığını müəyyən etmək üçün yalan detektoru testi tətbiq edildiyi bildirilib.

İstintaq çərçivəsində 3 nəfərin məhkəmə tərəfindən həbs edildiyi, dövlət çevrilişinə cəhddə iştirak edənlərin daha çox olub-olmamasının müəyyənləşdirilməsi üçün araşdırmaların davam etdirildiyi açıqlanıb.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
2
news24.az

3Sources