EN

Bayden BMT Baş Assambleyasının iclasında Ukraynadakı müharibədən danışacaq

ABŞ prezidenti Co Bayden gələn həftə BMT Baş Assambleyasında çıxışı zamanı müasir dünyanın əsas böhranlarından biri kimi Ukraynadakı müharibədən danışacaq.

Bu barədə Ağ Evdə keçirilən brifinqə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Düşünürəm ki, prezidentin üzləşdiyimiz müasir böhran haqqında danışacağını gözləmək olar. Bu kontekstdə Ukrayna və Qəzza zolağındakı müharibələr iki əsas mövzudur", - o deyib.

Ağ Evin sözçüsü onu da qeyd edib ki, Bayden ABŞ rəhbərliyinin və koalisiyanın yaradılmasının hər iki münaqişədə vəziyyəti necə dəyişdiyi və bu sahələrdə işi necə davam etdirmək barədə danışacaq.

Oxuməni.az

Chosen
21
oxumeni.az

1Sources