EN

İranlı xakerlər Trampın seçki sənədlərin oğurladı - Baydenə göndərdi

İranlı hakerlər Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki qərargahından daxili sənədləri oğurlayaraq mediaya və hazırkı dövlət başçısı Co Baydenlə əlaqəli şəxslərə göndəriblər.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-nin xüsusi xidmət orqanlarının birgə bəyanatında deyilir.

Bəyanat ABŞ-nin Federal Təhqiqatlar Bürosu, Milli Kəşfiyyat Direktorunun Ofisi və Kibertəhlükəsizlik İnfrastruktur Agentliyi adından yayılıb.

"İyunun sonu və iyulun əvvəlində kiberməkandakı iranlı cinayətkarlar Prezident Baydenin seçkiqabağı qərargahı ilə bağlı şəxslərə elektron poçt göndəriblər. Bu məktublarda Trampın seçki qərargahından oğurlanan elektron sənədlərdən çıxarışlar var idi", - bəyanatda deyilir.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
7
teleqraf.com

10Sources