EN

“Ağırlıq mərkəzi şimala doğru sürüşür və yeni mərhələ başlayır”, Y.Qallant

 

  İsrailin müdafiə naziri Yoav Qallant bildirib ki, Livanda elektron cihazlarda baş verən iki partlayışdan sonra onun ölkəsinin diqqəti Livan cəbhəsinə yönəlib və müharibədə yeni mərhələ başlayıb.

  İsrail mətbuatında yer alan xəbərlərə görə, Y.Qallant getdiyi İsrailin şimalındakı Hayfa şəhəri yaxınlığındakı hava bazasında çıxışı zamanı deyib: "Ağırlıq mərkəzi şimala doğru sürüşür. Biz qüvvələrimizi, resurslarımızı və enerjimizi şimala yönəlik hərəkət etdiririk.

  Düşünürəm ki, biz müharibədə yeni mərhələnin başlanğıcındayıq. Biz uyğunlaşmalıyıq. Zamanla ardıcıllıq nümayiş etdirməliyik. Bu müharibə böyük cəsarət, qətiyyət və əzmkarlıq tələb edir.

  İsrailin şimaldakı hücumunun məqsədi təxliyə edilən İsrail vətəndaşlarının sağ-salamat evlərinə qayıtmasıdır. Qəzza zolağındakı israilli məhbusları da unutmadıq”.

  Xatırladaq ki, İsrailin Baş Qərargah rəisi Herzi Halevi də Hizbullahla qarşıdurmaların davam etdiyi şimal bölgəsi üçün hücum və müdafiə planlarının təsdiqləndiyini bu sözlərlə bildirib: "Hər mərhələdə Hizbullah üçün bədəl böyük olmalıdır.

  Şimalda Hizbullah ilə qarşıdurmalara görə təxliyyə edilən israilliləri evlərinə qaytaracaq təhlükəsizlik şəraiti yaratmağa qərarlıyıq. Bizim imkanlarımız çoxdur, amma hələ aktivləşməyiblər”.

  Xatırladaq ki, sentyabrın 18-də Livanda çağrı cihazları - peycer və radioqəbuledicilərdə partlayışlar baş verib. Livan hakimiyyəti  partlayışlara görə İsrailin məsuliyyət daşıdığını bildirsə də, rəsmi Təl-Əviv administrasiyası məsələyə səssiz yanaşır.



Chosen
39
4
trt.net.tr

5Sources