EN

İran Zəngəzur dəhlizi məsələsində geri addım atacaqmı? - VİDEO

Hazırda Azərbaycanın regionla bağlı əsas prioritetlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır.


Bu məsələ regional əməkdaşlıq mühitinin təmin olunması baxımından mühüm rol oynayır. Layihənin qlobal əhəmiyyət daşıması bir çox geosiyasi aktorları da Zəngəzur dəhlizinin açılmasında maraqlı tərəfə çevirir.


Bölgə ölkələrindən Türkiyə və Rusiyanın da bu məsələdə mövqeləri Azərbaycanla eynidir. Həm rəsmi Ankara, həm də Moskva başa düşür ki, Zəngəzur dəhlizinin açılması region üçün nəinki iqtisadi, həm də siyasi dividentlər vəd edir. Bu, həm də regional təhlükəsizlik üçün mühüm amildir.


İran isə Zəngəzur dəhlizinin açılmasını özünün “qırmızı xətti” olaraq görməkdə və bu məsələyə qarşı çıxmaqda davam edir.

Bəs İranın mevqeyini nə dəyişə bilər?

BTV-nin suallarını siyasi şərhçi Əziz Əlibəyli cavablandırdı:


BakuPost
Chosen
7
bakupost.az

1Sources