Sentyabrın 18-i axşam saatlarından Şimali Koreya Cənubi Koreyaya zibillə doldurulmuş 160-dan çox şar havaya buraxıb.
Yonhap- ın məlumatına görə , çantalarda məişət tullantıları var: kağız, plastik butulkalar və digər plastik parçaları.
Qeyd olunur ki, heç bir təhlükəli maddə aşkar edilməyib.
Həmçinin məlumat verilib ki, KXDR-in Raket Təsərrüfatı Baş İdarəsi yeni tipli “Hwasongpo-11da-4.5” taktiki ballistik raketinin və modernləşdirilmiş strateji qanadlı raketin sınaq buraxılışını uğurla həyata keçirib.
Mənbə RT rusca