EN

Daha 180 min nəfərin orduya cəlbi Rusiya iqtisadiyyatına ciddi təsir edəcək

Daha

Prezident Vladimir Putin Rusiya Silahlı Qüvvələri hərbçilərinin sayını artırmaq qərarına gəlib və bu, Rusiya iqtisadiyyatına ciddi təsir göstərə bilər.

Reyting.az
xəbər verir ki, bunu iqtisadçı Benjamin Hilgenstock deyib.

Onun fikrincə, orduya daha 180 min insanın cəlb olunması iqtisadiyyata təsirsiz ötüşməyəcək.

Vyana Beynəlxalq İqtisadi Araşdırmalar İnstitutunun iqtisadçısı Artem Koçev isə bildirib ki, daha 180 min insanın işçi qüvvəsindən çıxarılması iqtisadiyyata böyük təsir göstərəcək.

A. Koçevin fikrincə, orduya çağırış məqsədyönlü aparılarsa, Rusiyanın əmək bazarı daha az zərər görəcək:

“Hazırda işə qəbul olunanları iki qrupa bölmək olar: sosial-iqtisadi vəziyyəti aşağı olan borclu şəxslər və məhkumlar”.

Analitik vurğulayıb ki, onlar ya iqtisadiyyatın daha az məhsuldar sahələrində işləyirlər, ya da ümumiyyətlə, əmək bazarında iştirak etmirlər.

Koçev qeyd edib ki, RF Silahlı Qüvvələrinə yeni çağırışçıların əlavə cəlb edilməsi hələ də büdcə üçün yeni bir yük olacaq.

V. QULİYEV
Chosen
10
reyting.az

1Sources